3 b sinfində texnologiya fənnindən “ Özünüxidmət, sanitar və gigiyena qaydaları” mövzusunda nümunəvi dərs olmuşdur

    Məktəbin illik fəaliyyət planına əsasən tədris prosesində müasir təlim, metod və texnologiyaların tətbiqinin öyrənilməsi, müəllimlərin səriştəliyi və peşakarlıq səviyyəsi haqqında məlumatın toplanılması, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə, müstəqillik, dərketmə, idrak fəallığı səviyyəsinin öyrənilməsi məqsədilə “ibtidai sinif” aylığı çərçivəsində 3 b sinfində texnologiya fənnindən “ Özünüxidmət, sanitar və gigiyena qaydaları” mövzusunda nümunəvi dərs olmuşdur. Dərsdə müxtəlif şəkillər nümayiş etdirildi. Bu şəkillər arasında hansı fərqin olduğu soruşuldu,cavablar verildikdən sonra şagirdlər səliqəli, təmiz olmağın yollarını sadalayıb,gigiyena qaydalarının nə olması haqqında müzakirələr aparıldı. Dərslikdəki verilən materiallara baxıldı, şagirdlər fikirlərini bildirirdilər. Gigiyena qaydaları haqqında videomaterial izlənildi. Nümunəvi dərs məktəbin ibtidai sinif müəllimi Əliyeva Pərvanə tərəfindən hazırlanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi