3 ə sinfində riyaziyyat fənnindən “Üçrəqəmli ədədlərin toplanması” (yeni onluq və yüzlüyün yaranması) nümunəvi dərs olmuşdur

Məktəbin illik fəaliyyət planına əsasən tədris prosesində müasir təlim, metod və texnologiyaların tətbiqinin öyrənilməsi, müəllimlərin səriştəliyi və peşakarlıq səviyyəsi haqqında məlumatın toplanılması, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə, müstəqillik, dərketmə, idrak fəallığı səviyyəsinin öyrənilməsi məqsədilə 3 ə sinfində riyaziyyat fənnindən “Üçrəqəmli ədədlərin toplanması” (yeni onluq və yüzlüyün yaranması) nümunəvi dərs olmuşdur. Nümunəvi dərs məktəbin ibtidai sinif müəllimi Əzimova Samirə tərəfindən hazırlanmışdır.