“Yel çərşənbəsi” ilə bağlı iməclik keçirilmişdir

“Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsinin davamı olaraq “Mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiya” mövzusu ətrafında məktəbdə müxtəlif layihələrin həyata keçirilir. Bu məqsədlə məktəbimizdə ekoloji lahiyələrin həyata kecirilməsi ilə əlaqədar Novruz bayramı və ilaxır çərşənbələr ərəfəsində həyata keçirilməsi planlaşdırılan fəaliyyətlərdən biridə “ Çərşənbə iməclikləri “ dir. Belə ki, məktəbimizdə də Novruzun üçüncü çərşənbəsi olan “Yel çərşənbəsi” ilə bağlı iməclik keçirilmişdir. Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir.Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.