"Yaşıl fikirlər” adlı təlim keçirilmişdir

17 oktyabr 2024-cü il tarixdə məktəbdə Bakı Şəhər Gənclər və İdman İdarəsi və 87 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ”Yaşıl fikirlər” adlı təlim keçirilmişdir. Təlimdə Bakı Şəhər Gənclər və İdman İdarəsi Suraxanı rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Elşən Atakişizadə, 87 nömrəli tam orta məktəbin direktoru Kəmalə İbrahimova, təlimçi Emin Əliyev və bir qrup gənc iştirak etmişlər. Təlimçi Emin Əliyev mövzu ilə əlaqədar gənclərə ətraflı bilgi vermiş, onları maraqlandıran sualları cavablandırmışdır. Daha sonra gənclərlə mövzu ətrafında geniş diskussiya aparılmışdır. Sonda isə iştirakçı gənclərə sertifikatlar verilmiş, onlarla birgə xatirə şəkli çəkdirilmişdir.