3 d sinfində təsviri incəsənət fənnindən “ Qızıl payız” mövzusunda nümunəvi dərs keçirilmişdir

        Məktəbin illik fəaliyyət planına əsasən “İbtidai sinif” aylığı çərçivəsində 3 d sinfində təsviri incəsənət fənnindən “ Qızıl payız” mövzusunda nümunəvi dərs keçirilmişdir. Nümunəvi dərs məktəbin ibtidai sinif müəllimi Əliyeva Sevinc tərəfindən təşkil olunmuşdur. Şagirdlər payız haqqında şeirlər söylədilər, göbələk və payızın hədiyyələri haqqında tapmacalar söylədilər. Bütün sinif “Qızıl payız” mahnısını oxudu. P.İ.Çaykovskinin “Fəsillər - payız” silsiləsindən musiqisini dinlənildi, yarpaqların xışıltısına, yağışın səsinə qulaq asıldı. Sonra şagirdlərə üzərində göbələk və balqabaq təsviri olan gil panno verildi, şagirdlər “balaca rəssamların” hansı alətlərdən istifadə edəcəyini, quaş boyaları ilə işləmək qaydalarını xatırladılar, önlük taxdılar, bir-birlərinə yaradıcılıq uğurları arzuladılar və Antonino Vivaldinin “Fəsillər-payız” siklindən olan musiqisi sədaları altında  gil panellərini rəngləməyə başladılar. Dərsin sonunda Reflection həyata keçirildi - üç çiçəyin rənglənməsi ilə - hər şey aydın oldu! Uşaqlar belə maraqlı dərsə görə bir-birlərinə təşəkkür etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi