“Şagird təhlükəsizliyi” mövzusunda maarifləndirici görüş keçirilib

Şagirdlərin maarifləndirilməsi və onların məsuliyyətinin artırılması, eyni zamanda onları bu istiqamətdə məlumatlandırmaq məqsədi ilə Məktəb rəhbərliyi və 9-10-11 sinif şagirdlərinin iştirakı ilə görüş keçirilmişdir. Görüş müddətində şagirdlərlə maarifləndirici söhbət aparılıb, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması barədə ətraflı məlumat verilib. Həmçinin, imtahanlara hazırlıq vəziyyəti geniş müzakirə olunaraq müvafiq tövsiyə tapşırıqlar verildi.