"Zərərli vərdişlər" haqqında məşğələ keçirildi

Məktəbin Fəaliyyət Planının 1.3.5-ci bəndinə uyğun olaraq yeniyetmələr arasında narkomaniya və alkoqolizm meyllərinin, hüquq pozuntuları və cinayətkarlıq hallarının qarşısının alınması, məktəblilərin zərərli vərdişlərdən qorunması, onlarda sağlam həyat tərzinin formalaşdırılması məqsədilə 9B sinfində məktəbin tibb xidmətinin iştirakı ilə "Zərərli vərdişlər" haqqında məşğələ təşkil olunmuşdur, bu mövzuda qısametrajlı filmlər göstərilmişdir.