Məktəbdə 5 Oktyabr "Beynəlxalq Müəllimlər Günü" qeyd edildi

5 oktyabr dünya ictimaiyyətinin məhəbbətlə qarşıladığı və daim qəlbində gəzdirdiyi müəllimlərin peşə bayramı, Beynəlxalq Müəllimlər Günüdür.
Oktyabrın 4-də məktəbin illik Fəaliyyət Planına uyğun olaraq “5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü” nün qeyd edilməsi, müəllim peşəsinə hörmət hissinin aşılanması məqsədi ilə tədbir keçirildi.
Tədbirdə məktəbin rəhbərliyi, müəllimlər, eyni zamanda çalışmanın yaş həddinə çatmış və təqaüddə olan müəllimlər də iştirak etmişlər.
Şagirdlər müəllimlərinə olan sevgilərini müxtəlif səhnəciklər, şeirlər, mahnılar, rəqslər ilə ərmağan etdilər.