“Xocalısız 25 il” adlı tədbir keçirilmişdir

Xocalı soyqrımının iyirmi beşinci ildönümünü ilə bağlı məktəbdə “Xocalısız 25 il” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin IV, V, VI, VII sinif şagirdləri Xocalıya aid “Ana və oğul”, “Tanrı bu nə zülmdür” adlı şeirlər səsləndi, bayatılar ifa etdilər, “Xocalı soyqırımı”, “Xocalı fəryadı” filmlər nümayiş olundu. Məktəbin XI sinif şagirdi Salamzadə Möhsün Mehdi oğlu Şəmistan Əlizamanlının “Cənab leytenant” adlı mahnısını ifa etdi. VI – VII sinif şagirdləri ingiliscə Xocalı haqqında məlumat verdilər, şeirlər söylədilər. Tədbir məktəbin Azərbaycan dili müəllimi Hümmətova Ruhəngiz tərəfindən hazırlanmışdır. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər iştirak etmişdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi