27 sentyabr “Anım Günü”nə həsr olunmuş xüsusi dərslər keçirilib

Məktəbin Fəaliyyət planına uyğun olaraq sentyabrın 27-də ilk dərslər Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsinə - 27 sentyabr “Anım Günü”nə həsr olunmuş xüsusi dərslər keçirilib.
Məqsəd Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqi, Azərbaycan Ordusunun şanlı qələbəsi barədə maarifləndirici tədbirlərin görülməsi, Vətən müharibəsində canlarından keçmiş Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi və şagirdlərdə vətənpərvərlik hislərinin gücləndirilməsidir.