Məktəbimizin məzunu Vətən müharibəsi Şəhidi Səbuhi Orucovun adını daşıdığı sinifdə Şəhidə həsr olunmuş dərs təşkil olunmuşdur

Məktəbimizin məzunu Vətən müharibəsi Şəhidi Səbuhi Orucovun adını daşıdığı sinifdə Şəhidə həsr olunmuş dərs təşkil olunmuşdur.
Səbuhi Orucov 1993 cü il yanvarın 20- də Bakı şəhərində anadan olub. Səbuhi Orucov 2011 -ci ildə 87 nömrəli məktəbi bitirmişdir. 2011-2013 cü illərdə Tərtər rayonunda hərbi xidmətdə olmuşdur. Azərbaycan ordusunun çavuşu olan Şəhid Səbuhi Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçın rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Səbuhi Orucov oktyabrın 26- da Laçın döyüşləri zamanı Şəhid olub. Məzarı Bülbülə qəsəbəsində yerləşən Şəhidlər xiyabanındadır.
Səbuhi Orucov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən “ Azərbaycan Bayrağı” , “Vətənə xidmətə görə” ordeni ilə, "Vətən uğrunda", "İgidliyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" , "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Səbuhi Orucovun timsalında şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anır Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə isə səbr diləyirik.