Pedaqoji heyyətlə iclas keçirildi

Məktəbin pedaqoji heyyəti ilə iclas keçirildi. İclasda iştirak edən məktəbin direktor əvəzi, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı 2024-2025-ci tədris ilində qarşıda duran məsələr haqqında müəllimləri məlumatlandırdılar.
Son 3 ildə BŞTİ tərəfindən keçirilən monitorinq və buraxılış imtahanın nəticələri təhlil edildi. Nəticələrin yüksəldilməsi üçün müvafiq tapşırıqlar verildi.
Eyni zamanda korrupsiya mövzusuna toxunuldu. Bu kimi halların yolverilməz olduğu kollektivin nəzərinə çatdırıldı.
Bundan başqa MİQ müsabiqəsində uğur qazanaraq məktəbə təyinat almış kadrlar kollektivə təqdim edildi.