"Dünyanın yaşıl vədləri" adlı tədbir keçirilmişdir

    “Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində" məktəbin coğrafiya müəllimi Vüsalə Əzizovanın təşkilatçılığı ilə "Dünyanın yaşıl vədləri" adlı tədbir keçirilmişdir. Tədbirdə VI, VII, VIII və IX sinif şagirdləri bir - birindən maraqlı çıxışlar təqdim etdilər. Şagirdlər tərəfindən 2024-cü il Azərbaycanın ev sahibliyi edəcəyi “COP 29” -adlı iqlim tədbiri haqqında , Qarabağda "Yaşıl enerji" zonası, əsas ekoloji problemlərdən olan - səhralaşma, hidrosferin çirklənməsi, iqlim dəyişiklikləri, şirin su ehtiyatlarının azalması , eləcə də alternativ enerji mənbələrindən olan günəş və külək enerjisi mövzularında təqdimatlarını nümayiş etdilər. Bundan başqa , şagirdlərin yaşıl enerji layihəsinin təsvir olunduğu maketlər, yaşıl dünyanın təsvir olunduğu rəsm əsərləri də tədbirdə sərgilənmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi