Novruzun ilk çərşənbəsi olan “Su çərşənbəsi” ilə bağlı iməclik keçirilmişdir

“Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsinin davamı olaraq fevral ayında “Mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiya” mövzusu ətrafında məktəbdə müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə məktəbimizdə ekoloji lahiyələrin həyata kecirilməsi ilə əlaqədar Novruz bayramı və ilaxır çərşənbələr ərəfəsində həyata keçirilməsi planlaşdırılan fəaliyyətlərdən biridə “ Çərşənbə iməclikləri “ dir. Belə ki, məktəbimizdə də Novruzun ilk çərşənbəsi olan “Su çərşənbəsi” ilə bağlı iməclik keçirilmişdir.