Məktəbin 5d və 6d sinifləri Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyaya getmişlər
“Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsinin davamı olaraq fevral ayında “Mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiya” mövzusu ətrafında məktəbdə müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu layihəyə əsasən məktəbin 5d və 6d sinifləri Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyaya getmişlər.