Məktəbdə şagirdlərin Azərbaycan tarixinə aid tədqiqat işlərinin nümayişinə həsr olunmuş tədbir keçirilmişdir

Məktəbdə şagirdlərin Azərbaycan tarixinə aid tədqiqat işlərinin nümayişinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə şagirdlər öz tədqiqat işlərini nümayiş etdirdilər və geniş məlumat verdilər. VIII sinif şagirdləri Allahverdiyeva Nərmin – “Azərbaycanın xalçalıq tarixi”, İmanov Əli və Nağıyev Hüseyn – “Azərbaycanın parçalanması”, VI sinif şagirdləri Babayeva Mədinə “Rəssamlığın tarixi”, Ağaməmmədli Şəfa isə “Azərbaycan musiqisi”nin tarixinə həsr olunmuş işləri təqdim etdilər. Tədbir məktəbin tarix müəllimləri İbrahimova Afət və Məmmədsalahova Sevil tərəfindən hazırlanmışdır. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər iştirak etmişdirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi