Pedoqoji şuranın növbəti iclası keçirildi

        01.02.2024-cü il tarixində məktəbin müəllim heyəti ilə I yarımilin yekunlarına həsr olunmuş  və ikinci yarımilə hazırlıq məqsədilə növbəti pedaqoji şura iclası keçirildi. İclası açıq elan edən məktəbin direktoru Elmira Ələkbərova yığıncaq iştirakçılarını gündəlikdə olan məsələlərlə tanış edib. İclasda gündəlikdə duran məsələlər ilə yanaşı məktəbin illik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, perspektiv planların hazırlanması, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması kimi məsələlərə toxunulmuşdur. İclasda, həmçinin məktəbdə uşaqların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi, müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti, məktəbdə psixoloji xidmətin təşkili, valideynlərlə işin səmərəliliyinin artırılması və digər vacib məsələlər müzakirə olunub. 
        Həmçinin, Şurada birinci yarımilin yekunlarına dair hesabatlar dinlənildi. Keçirilən monitorinqlərin nəticələri təhlil olundu . 
        İclasın sonunda bir qrup müəllim gənc nəslin təlim-tərbiyəsində və məktəbin ictimai işlərində fəal iştirak etdiklərinə görə "Fəxri Fərman"la təltif olunmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi