Məktəbin 2b sinfi “YARAT” – Müasir İncəsənət Mərkəzinə ekskursiyaya getmişlər

“Təhsili dəyərə çevirək” devizi altında “Ekologiya və Sağlamlıq” istiqamətində “Ekoloji aylıqlar” layihəsinin davamı olaraq fevral ayında “Mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiya” mövzusu ətrafında məktəbdə müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu layihəyə əsasən məktəbin 2b sinfi “YARAT” – Müasir İncəsənət Mərkəzinə ekskursiyaya getmişlər. Şagirdlər mərkəzdə yerləşən Faiq Əhmədovun rəsm sərgisinə tamaşa etdilər. Oscar Murillionun “İpək” fabrikinin əsasında təşkil edilmiş sərgisinə baxış keçirildi. Sərgidə Şəki ipək fabrikinin modeli, qədim xalça və şəbəkə naxışlarından istifadə edilmişdir. Daha sonra şagirdlər texnologiya dərsi ilə əlaqədar “Əlfəcin”lər hazırlandılar. Əl işlərini nümayiş etdirən şagirdlərə “Dağ və siçan” nağıl kitabı hədiyyə edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi