“8 noyabr – Zəfər Günü”nə həsr olunmuş intellektual Breyn-rinq yarışması keçirilmişdir

        Məktəbin illik fəaliyyət planına əsasən “8 noyabr – Zəfər Günü”nə həsr olunmuş intellektual Breyn-rinq yarışması keçirilmişdir. Yarışmada məktəbin 5e sinfinin “Xankəndi”, 5d sinfinin “Xarıbülbül”, 5ə sinfinin “Zəngəzur”, 5f sinfinin isə “Dəmir Yumruq” komandaları mübarizə aparmışlar. Onlar dörd mərhələdən ibarət olan yarışmada 30 ilə yaxın işğal altında qalan torpaqlarımız, 44 günlük Vətən müharibəsi, azadlığı qanı-canı bahasına qazanan şəhidlərimiz və ən nəhayət Ali Baş Komandan, cənab prezident İlham Əliyev haqqında sualları cavablandırmışlar. Tədbirdə həmçinin 5d sinfinin şagirdi Yunis Məmmədli “Azərbaycan” və “Şuşa” adlı mahnıların ifası ilə tədbirə rəng qatmışdır. Tədbirin sonunda məktəbin direktoru Elmira xanım komandaları diplomla təltif etmişdir. Tədbir sinif rəhbərləri Zəminə Şərifova, Nərminə Məmmədova , Aynurə Mövlayeva, Nigar Həsənli tərəfindən hazırlanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi