Məktəbdə “Gənclər Günü” münasibətilə IX siniflər arasında Breyn – rinq keçirilmişdir

Məktəbdə “Gənclər Günü” münasibətilə “Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti və etnoqrafiyası” mövzusunda IX siniflər arasında Breyn – rinq keçirilmişdir. Breyn – rinq III turdan ibarət olmuşdur. Hər tur 10 sualdan ibarət idi. Tədbirdə Ü.Hacıbəyov, F.Əmirov, S.Bəhlulzadə, A.A.Bakıxanov kimi dahi şəxsiyyətlər, “Leyli və Məcnun” operası, “Arşın mal alan” filmi, milli kinolarımız, milli rəqslərimiz və s. mövzuları ətrafında oyun və müzakirələr olmuşdur. Bədii hissədə Hüseynov Fəxri “Azərbaycan” və Salamov Möhsün “Bakı” haqqında mahnılar ifa etdi, VIII sinif şagirdi İmanov Əli “Gənclik” haqqında şeir söylədi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etmişdirlər. Breyn – rinq məktəbin tarix müəllimi Məmmədsalahova Sevil Nazirşah qızı tərəfindən hazırlanmışdır.