20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir

Məktəbdə 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Belə ki, 20 Yanvar–Ümumxalq Hüzn Gününə həsr olunan “Xalqın mübarizə tarixi” adlı ədəbi-bədii kompozisiya keçirilmişdir. Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açılıb. Qeyd olunub ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar hadisəsi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Məktəbin həm də foyesində 9q və 6b və ibtidai sinif şagirdləri 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Tədbir məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədova Kifayət tərəfindən hazırlanmışıdır. Qanlı Yanvar faciəsi ilə əlaqədar məktəbdə divar qəzetləri, stendlər və guşələr, bülletenlər hazırlanıb, məktəblilər arasında “Qanlı şənbə gecəsi rənglərin dilində”, “Vətən şəhidləri ilə ucalır” mövzularında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib.Neçə gündür ki, uşaqdan böyüyə hər kəs Şəhidlər xiyabanına üz tutmuşdur. Şəhid məzarları qərənfil yağışından "islanıb". İnsanlar sükutla keçirlər məzarlar önündən...Məktəbin də şagird və müəllim kollektivi 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidələrə, Şəhidlər xiyabanına ziyarət etmişlər.