"Zərərli vərdişlərə yox!” adlı növbəti maarifləndirici tədbir keçirilib

        Məktəbdə Narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyanı şagirdlərə çatdırmaq məqsədilə "Zərərli vərdişlərə yox!” adlı növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dövlət Himni səsləndikdən sonra Şagirdlərin iştirakı ilə səhnə və video çarx nümayiş olunub. Çıxış edənlər yaşadığımız dövrdə bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri olan narkomaniya və onun törətdiyi fəsadlar haqqında danışdılar. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasında narkomaniyaya qarşı ciddi şəkildə mübarizə aparılır, onun yaratdığı problemlərin aradan qaldırılması istiqamətində ölkəmizdə müxtəlif işlər görülür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi