Yeddinci sinif şagirdləri arasında kimya fənnindən breynrinq keçirilmişdir

            Məktəbin illik fəaliyyət planına əsasən kimya aylığı çərçivəsində məktəbin kimya müəllimi Məmmədova Alidə tərəfindən Azərbaycan bölməsinin yeddinci sinifləri arasında kimya fənnindən breynrinq keçirmişdir. Üç mərhələdən ibarət olan yarışda komandalar birinci mərhələdə hazırladıqları divar qəzetlərini təqdim etdilər. Oksigenlə içməli suyun qıtlığı, azalma səbəbləri, suya qənaət, suyun çirklənməsinin qarşısının alınması, kimya elmi haqqında məlumat verdilər. İkinci mərhələdə komandalar lövhədə sualları cavablandırdılar. Üçüncü mərhələdə isə kimyəvi element və maddələrdən ibarət Vətənə və ailəyə yazdıqları məktubu oxudular. Sonda hər komanda praktik təcrübələr apardı. Sodanın üzərinə sirkə turşusu tökərək yanğından sönməsinə, yaylığı suda və spirtdən isladıb, yandıraraq, onun yanmamasına, yodun təsirindən nişastanın rənginin dəyişməsinə nail oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi