Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibəti ilə ədəbi- bədii kompozisiya keçirildi

                Mənalı ömür yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir. Akademik Zərifə xanım Əliyeva bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün seçilmiş insanlardan olmuşdur. O, günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Bu gün akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi tamam olur. Bu məqsədlə onun xatirəsini əziz tutaraq məktəbimizdə Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibəti ilə Ədəbi- bədii kompozisiya keçirildi. Görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın həyat yolunu və peşakar fəaliyyətini əks etdirən videoçarxlar izlənildi, şagirdlər tərəfindən şeirlər, ifalar səsləndirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak etmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi