Məktəbdə Xocalı soyqırımına həsr edilmiş xüsusi dərslər keçirilmişdir

        Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin 15 fevral tarixli 3-29/3-2-55 F/2023 nömrəli əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının otuz birinci ildönümünü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən məktəbdə Xocalı soyqırımına həsr edilmiş xüsusi dərslər keçirilmişdir.Dərslər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Müəllimlər Xocalı soyqırımının Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmaqla dövlətimizin həm daxili, həm də xarici siyasətində daim diqqət mərkəzində olduğunu diqqətə çatdırıblar. Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi