“Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə bir sıra tədbirlər keçirilmişdir

26.12.2016-cı il tarixində məktəbimizdə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə bir sıra tədbirlər keçirilmişdir. Bunlardan şagirdlər arasında rəsm müsabiqəsi,ibtidai sinif şagirdlərinin dünya Azərbaycanlılarının yaşadıqları ölkələrin milli geyimlərini məktəbin foyesində nümayiş etdirməsi, dünyanın müxtəlif ölkələrində yeni il bayramının keçirilməsinə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbirdə məktəbimizin 8 d və 6 e siniflərinin şagirdləri iştirak etmişdilər. Şagirdlər ingilis dilində dünyanın müxtəlif ölkələrində yeni il bayramı adətləri, onun simvolları haqqında məlumat xarakterli çıxışlar etdilər. İngilis dilində bir neçə mahnı oxudular, şeirlər dedilər, rəqs etdilər. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, valideynlər iştirak etdilər. Tədbir məktəbimizin ingilis dili müəllimləri Yusifzadə Esmira və Səfərova Sevinc tərəfindən hazırlanmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi