Rus bölməsinin VI sinifləri arasında “Breyn-rinq” keçirilmişdir

21.12.2016-cı il tarixdə məktəbdə rus bölməsinin VI sinifləri arasında “Breyn-rinq” oyunu keçirilmişdir. Oyun dörd mərhələdən komandaların təqdimatı, kapitanların rebusları tapması, komandaların krossvordları və sualların cavablandırılmasından ibarət olmuşdur. Sonda isə faiz, kredit, kapital, bank mövzularına həsr edilmiş şagirdlər tərəfindən “Nağıl” hazırlanmışdır. “Breyn-rinq” məktəbin riyaziyyat müəllimi Vahabova Səbinə Nadir qızı tərəfindən hazırlanmışdır. “Breyn-rinq” də məktəb rəhbərliyi, müəllimlər, valideynlər iştirak etmişdirlər.