“Qarabağ nəğməsi” adlı tədbir keçirilmişdir

Məktəbdə Şuşa ili çərçivəsində “Qarabağ nəğməsi” adlı tədbir keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd müasir və müstəqil Azərbaycançılıq ideyalarının və xalqımızın qəhrəmanlıq salnaməsinin, şanlı qələbəmizin  təbliği,  milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaqdır.

Tədbirdə Suraxanı rayonu İcra Hakimiyyətinin  başçısı Əziz Əzizov, onun Müavinləri Rəşad Hacıyev, Könül Axundova, YAP Suraxanı rayon təşkilatının sədr müavini  Salman Əbdulov, Qəsəbə nümayəndəlikləri və digər qonaqlar iştirak etmişlər. Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şagirdlərin ifasında qələbəmizə, işğaldan azad olunmuş torpaqlarımıza həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Məktəbin foyesində Qarabağa,  Şuşaya, qələbəmizə həsr olunmuş sərgi təşkil olunub. Vətənpərvərlik mövzusunda hazırlanmış səhnəciklər, şeirlər, mahnılar, rəqslər nümayiş olunub. 

Tədbirdə çıxış edən RİH-nin başçısı Əziz Əzizov bildirib ki, məhz Ali Baş Komandan İlham Əliyevin və müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində Şuşa arzumuz gerçəkləşib, mədəniyyət beşiyi olan Şuşa şəhəri və digər ərazilərimiz özümüzə qaytarılıb. 2022-ci ilin “Şuşa ili” elan olunması bu baxımdan böyük tarixi əhəmiyyətə malikdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi