“Uşaq hüquqları aylığı” çərçivəsində məktəbdə tədbir keçirilmişdir

            Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən 20 oktyabr – 20 noyabr 2022-ci il tarixlərində “Uşaq hüquqları aylığı” elan edilib. Aylığın çərçivəsində məqsəd uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsinə və təbliğinə nail olmaqdır. Uşaq hüquqları konvensiyası-BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edilir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Bu məqsədlə “Uşaq hüquqları aylığı” çərçivəsində məktəbdə tədbir keçirilmişdir. Tədbirdə “Uşaq hüquqlarının maddələrini əks etdirən nağılllar səhnələşdirilmiş, müxtəlif rəqslər, mahnılar şagirdlər tərəfindən ifa edilmişdir. Tədbirdə İcra Hakimiyyətinin nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər iştirak etmişlər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi