Mina təhlükəsinə qarşı maarifləndirmə tədbiri keçirilmişdir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 04 dekabr 2019-cu il tarixli, F–712 nömrəli əmri ilə təsdiq edilmiş “Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin ərazilərində hərbi sursat və tərkibində partlayıcı olan qurğuların aşkar edilməsi, zərərsizləşdirilməsi, müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə” məktəbdə 10-11 ci siniflərin iştirakı ilə tədbir keçirildi.

Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri sektorunun müdiri Günay Qurbanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun məsləhətçisi Şəhanə Ələkbərova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin çağırışaqədərki hazırlıq metodisti Mürsəl Qurbanov, Fövqaladə Hallar Nazirliyinin kapitanı Ələkbərov Ələkbər, məktəbimizin həm psixoloqu həm də qazimiz Hüseynov İsrafil, qazi Zülfüqarov Əlipənah iştirak edirdi. Tədbirdə şagirdlərə minaların təhlükəli tərəfləri və minalı ərazilərdə necə diqqətli olmaları, mina ilə qarşılaşdıqda necə rəftar etməli olduqları barədə praktik şəkildə məlumat verildi. Məqsəd kütləvi təhlükəsizlik qaydalarını öyrətmək, əhalini ,o cümlədən uşaqları mina təhlükəsizliyindən xəbərdar etmək, onlara mina ilə bağlı bədbəxt hadisələrin qarşısının alınması üçün zəruri bilik və vərdişləri aşılamaq idi. Tədbirdə şagirdlərə mina təhlükəsizliyi haqqında video çarxlar nümayiş etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi