"Uşaqların və gənclərin həyatına hansı imkanlar və çağırışlar gətirir? adlı panel müzakirəsi keçirilib

             UNICEF (BMT-nin Uşaq Fondu), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə tərəfdaşlığı çərçivəsində hazırlanan “Hippolar: İqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” sərgisinin nəzdində “İqlim dəyişikliyi: Uşaqların və gənclərin həyatına hansı imkanlar və çağırışlar gətirir? adlı panel müzakirəsi keçirilib. Azərbaycan Dövlət İncəsənət Muzeyində baş tutan paneldə UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens, Böyük Britaniyanın Səfiri Zati-aliləri Ferqus Auld və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqlim Dəyişmələri və Ozon Mərkəzinin baş mütəxəssisi Cəmilə Məmmədova çıxış ediblər.Tədbirin məqsədi iqlim dəyişikliyinin onların həyatına necə təsir etdiyi barədə məlumatlanmaq, gündəlik həyatlarında iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün mümkün ideyalar şansı əldə etməkdir. Müzakirədə Elm və Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində məktəbdə fəaliyyət göstərən ekoklub dərnəklərinin fəal üzvləri də iştirak ediblər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi