27 Sentyabr - "Anım Günü" ilə bağlı silsilə tədbirlər keçirilib

 Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 02 dekabr 2020 ci il sərəncamına və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021-ci il tarixli F- 191 nömrəli əmri ilə təsdiq edilmiş "27 Sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı tədbirlər Planı"na əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin və ehtiram əlaməti olaraq hər il sentyabrın 27 də Azərbaycanda "Anım Günü" kimi qeyd edilir. Bununla əlaqədar olaraq məktəbdə silsilə tədbirlər keçirilib. Bununla əlaqədar olaraq məktəbin həyətində tədbir keçirilmişdir. Qalibiyyət və vətənpərvərlik ruhunda təşkil edilən tədbirdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 27 sentyabr Anım Günü barədə şagirdlərə ətraflı məlumat verilib. Bildirilib ki, Vətən Müharibəsi Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda yetişməsinin əyani təsdiqi kimi xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan vətəndaşlarımız, bütövlükdə xalqımız sarsılmaz əzm və iradə nümayiş etdirərək, dəmir yumruq kimi birləşərək Vətən Müharibəsində tarixi Zəfəri təmin ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi