Biologiya fənnindən "Toxumun Cücərməsi” mövzusunda açıq dərs keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə əsasən tədris prossesində müasir təlim, metod və texnologiyaların tətbiqinin öyrənilməsi,müəllimlərin səriştəliliyi və peşakarlıq səviyyəsi haqqında məlumatın toplanılması, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə, müstəqillik, dərketmə, idrak fəallığı səviyyəsinin öyrənilməsi, müəllim - şagird münasibətlərinin təhlili və məktəbin 1.1.1.5 - ci bəndinə əsasən şagirdlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə məktəbin 6 "C" sinfində biologiya fənnindən "Toxumun Cücərməsi” mövzusunda açıq dərs keçirilmişdir. Dərsdə əyani vəsaitlə təcrübə aparılmış, toxumun cücərməsi üçün lazım olan amillər müəyyənləşdirilmişdir. Açıq dərs məktəbin biologiya müəllimi Nəsmiyeva Səlmi tərəfindən hazırlanmışdır. Dərsdə məktəb rəhbərliyi, müəllimlər iştirak etmişdir.