“Heydər Əliyev və Ordu Quruculuğu” mövzusunda sinif təşkilat saatı keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.29- cu bəndinə əsasən Ümumilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin uşaq və yeniyetmələr arasında geniş təbliği, Ulu Öndər Heydər Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsi Dahi Liderin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Ordu Quruculuğu” mövzusunda sinif təşkilat saatı keçirilmişdir. Dərsdə Dövlət himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra məktəbin tarix müəllimi İbrahimova Afət Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırıldığını şagirdlərin diqqətinə çatdırdı. Onu da əlavə etdi ki, qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədə olduğu, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənir.