"Bahar çələngi" adlı tədbir keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.24-cü bəndinə milliliyin, milli- mənəvi bayramlarımızın qeyd olunması ilə xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılması və BŞTİ- nin F-85 nömrəli 01 mart 2022-ci tarixli məktubuna əsasən məktəbdə "Bahar çələngi" adlı 5 "B" sinif şagirdlərinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə şagirdlərə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, çərşənbələrin mahiyyəti, Novruz atributları haqqında geniş məlumatlar verilir. Baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızın gəlişi tədbirə rəngarənglik qatıb.