Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər  keçirilib

Məktəbin illik fəaliyyət planının 1.3.20-ci bəndinə əsasən şagirdlərdə xalqımıza qarşı törədilən faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği məqsədilə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər  keçirilib.

“Xocalı soyqırımının otuzuncu ildönümünün keçirilməsi ilə əlaqədar tədris olunan dərslər Xocalı qurbanlarının xatirəsini  yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədlərinə xidmət edir.

Dərslər Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayır.

Müəllimlər Xocalı soyqırımının Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmaqla dövlətimizin həm daxili, həm də xarici siyasətində daim diqqət mərkəzində olduğunu diqqətə çatdırırlar. Bildiriblər ki, Xocalı soyqırımı Ermənistanın ölkəmizə qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir

 Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib,şagirdlər Vətənə, topağa aid şeirlər səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi