"Bayrağımız" mövzusunda açıq dərs keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə əsasən tədris prossesində müasir təlim,metod və texnologiyaların tətbiqinin öyrənilməsi,müəllimlərin səriştəliliyi və peşəkarlıq səviyyəsi haqqında məlumatın toplanılması,şagirdlərin bilik,bacarıq və vərdişlərə yiyələnmə,müstəqillik,dərketmə,idrak fəallığı səviyyəsinin öyrənilməsi,müəllim-şagird münasibətlərinin təhlili məqsədilə məktəbin 7 "E" sinfində Azərbaycan dili fənnindən "Bayrağımız" mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərs məktəbin Azərbaycan dili müəllimi müəllimi Hümmətova Ruhəngiz tərəfindən keçirilmişdir. Dərsdə məktəb rəhbərliyi, müəllimlər iştirak etmişdir.