“Narkomaniya və QİÇS-in məna və mahiyyətləri” mövzusunda dərs keçirildi

Hər il dekabr ayının 1-də “ Ümumdünya QİÇS-lə Mübarizə Günü” kimi qeyd edilir. Bununla əlaqədar olaraq məktəbin illik fəaliyyət planının 1.3.8-ci bəndinə əsasən məktəblilərin zərərli vərdişlərdən qorunması, onlarda sağlam həyat tərzinin formalaşdırılması məqsədilə Azərbaycan bölməsinin IX sinifləri arasında “Narkomaniya və QİÇS-in məna və mahiyyətləri” mövzusunda dərs keçirildi. Dərsdə şagirdlər ötən əsrin ən böyük bəlası olan bu xəstəlik haqqında məlumat verdilər, təqdimatlar nümayiş olundu, zərərli vərdişlərə aid videoçarx göstərildi. Aparılan müzakirələrdə bir daha sübut olundu ki, bəşəri bu bəlada qurtarmaq insanların öz əlindədir. Açıq dərs məktəbin biologiya müəllimi Nəsmiyeva Səlmi və məktəbin həkimi İbrahimova Sveta tərəfindən hazırlanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi