Coğrafiya fənnindən "Böyük şəhərlərin böyük problemləri"  mövzusunda dəyirmi masa keçirilmişdir

        Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə əsasən tədris prossesində müasir təlim,metod və texnologiyaların tətbiqinin öyrənilməsi,müəllimlərin səriştəliliyi və peşəkarlıq səviyyəsi haqqında məlumatın toplanılması, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə, müstəqillik, dərketmə, idrak fəallığı səviyyəsinin öyrənilməsi, müəllim - şagird münasibətlərinin təhlili məqsədilə məktəbin 6 "A" sinfində coğrafiya fənnindən "Böyük şəhərlərin böyük problemləri"  mövzusunda dəyirmi masa keçirilmişdir. Dərsdə şagirdlər şəhərlərin mənzil problemi, içməli su problemi, tıxac problemi, məişət tullantıları problemi haqqında danışdırlar və bu problemlərin həlli yolları haqqında öz fikirlərini bildirdilər. Sonda kənd yaşayış məntəqələrinin də əsas problemləri (işıq, təbii qaz, su problemi, yolların yararsız vəziyyətdə olması vəs.) müzakirə olundu. Şagirdlər bu problemlərə dair plakatlar, şəkillər hazırlamışdılar. Dəyirmi masa məktəbin coğrafiya müəllimi Abaslı Gülşən tərəfindən keçirilmişdir. Dərsdə məktəb rəhbərliyi, müəllimlər iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi