Coğrafiya fənnindən "Xəritələrin təsnifləşdirilməsi" mövzusunda açıq dərs keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə əsasən tədris prossesində müasir təlim, metod və texnologiyaların tətbiqinin öyrənilməsi, müəllimlərin səriştəliliyi və peşakarlıq səviyyəsi haqqında məlumatın toplanılması, şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə, müstəqillik, dərketmə, idrak fəallığı səviyyəsinin öyrənilməsi, müəllim-şagird münasibətlərinin təhlili məqsədilə məktəbin rus bölməsinin 8 "Ə" sinfində coğrafiya fənnindən "Xəritələrin təsnifləşdirilməsi" mövzusunda açıq dərs keçirilmişdir. Dərsdə şagirdlər müxtəlif növ xəritələrin fərqini və üzərində olan təsvirləri izah etdilər. Açıq dərs məktəbin coğrafiya müəllimi Mütəllibzadə Leyla tərəfindən keçirilmişdir. Dərsdə məktəb rəhbərliyi, müəllimlər iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi