“8 Noyabr – Zəfər Günü”nün qeyd olunması məqsədilə məktəbdə silsilə dərslər keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.16-cı bəndinə əsasən 44 günlük Vətən müharibəsində cənab Prezidentin rəhbərliyi ilə xalqımızın və müzəffər ordumuzun əldə etdiyi şanlı qələbənin təşviqi və Azərbaycan Respublikası Təhsil Nazirinin F – 429 № li əmrini təmin etmək , “8 Noyabr – Zəfər Günü”nün qeyd olunması məqsədilə məktəbdə silsilə dərslər keçirilmişdir. Dərslərdə canlarını ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat verilib. Vətən Müharibəsində qabaqcıl hərbi texnika və texnologiyalardan məharətlə istifadə edən Azərbaycan Ordusunun dünya hərb tarixində yeni səhifə yazması barədə söhbət açılıb. Möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin mühüm pay sahibi olduğu şagirdlərin diqqətə çatdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi