“8 Noyabr – Zəfər Günü”nün qeyd olunması məqsədilə məktəbdə silsilə tədbirlər keçirilmişdir

        Məktəbin illik fəaliyyət planının 1.3.16-cı bəndinə əsasən 44 günlük Vətən müharibəsində cənab Prezidentin rəhbərliyi ilə xalqımızın və müzəffər ordumuzun əldə etdiyi şanlı qələbənin təşviqi və Azərbaycan Respublikası Təhsil Nazirinin F – 429 № li əmrini təmin etmək , “8 Noyabr – Zəfər Günü”nün qeyd olunması məqsədilə məktəbdə silsilə tədbir keçirilmişdir. Tədbiri məktəbin TTİ üzrə direktor müavini Əliyev Əli açaraq ordumuzun tarixi qələbəsindən söhbət açdı.

        Şagirdlərin Vətən, qəhrəmanlıq və Qarabağ haqqında söylədikləri şeirlər hamının marağına səbəb oldu.

        Tədbirdə məktəbin psixoloqu, Vətən müharibəsinin iştirakçısı Hüseynov İsrafil ordumuzun keçdiyi döyüş yolundan, onların qəhramanlıqlarından danışdı.

        Tədbirin sonunda, məktəbin HİK –nin sədri çıxış edərək rayon HİK-nin hədiyyəsini Hüseynov İsrafilə təqdim etdi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi