" Aşıq Ələsgər və Azərbaycan folkloru" mövzusunda məktəbdə tədbir keçirilmişdir

Azərbaycan Respublikası Təhsil Nazirinin 26.07.2021-ci il tarixli F-372 nomrəli əmri ilə təsdiq olunmuş "Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı"nın icrasını təmin etmək, istedadlı şagirdləri üzə çıxarmaq, onların bədii estetik səviyyəsini yüksəltmək məqsədilə və yaradıcılıq potensialını inkişaf etdirmək, yaradıcı məktəblilərə dəstək olmaq məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən " Aşıq Ələsgər və Azərbaycan folkloru" mövzusunda məktəbdə tədbir keçirilmişdir. Tədbiri məktəbin ədəbiyyat müəllimi Məmmədova Kifayət açaraq Aşıq Ələsgərin Azərbaycan ədəbiyyatında böyük rolundan danışdı. Daha sonra məktəbin şagirdləri Aşıq Ələsgər yaradıcılığa müraciət edərək qoşma, gəraylı, divani, təcnis və şeirlərindən nümunə söyləmişlər. Sonda aşığın şeirlərinə həsr olunmuş mahnılar səsləndirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər iştirak etmişlər.