27 Sentyabr - "Anım Günü" ilə bağlı silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 02 dekabr 2020 ci il sərəncamına və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 08.09.2021-ci il tarixli F- 191 nömrəli əmri ilə təsdiq edilmiş "27 Sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı tədbirlər Planı"na əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin və ehtiram əlaməti olaraq hər il sentyabrın 27 də Azərbaycanda "Anım Günü" kimi qeyd edilir. Bununla əlaqədar olaraq məktəbdə silsilə tədbirlər keçirilib. Məktəbin şagirdləri video çarxlar hazırlamış, rəsm əsərləri çəkmiş, əl işləri, təqdimatlar hazırlamışlar.