Fənn olimpiadalarının məktəb turu keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.1.1.22 – ci bəndinə əsasən xüsusi istedadı olan şagirdlərin aşkara çıxarılması və onlarla işin təşkili məqsədilə həm rus, həm də Azərbaycan bölməsinin VIII-IX sinif şagirdlərinin iştirakı ilə 16 yanvar 2021-ci il tarixində Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, informatika, fizika, kimya, biologiya, coğrafiya, tarix fənn olimpiadalarının məktəb turu keçirilmişdir. Onlayn formada keçirilən fənn olimpiadasına məktəb rəhbərliyi və fənn müəllimləri tərəfindən nəzarət olunmuşdur.İstedadlı şagirdləri üzə çıxarmaq məqsədilə keçirilən fənn olimpiadasında məktəbimizin 100-ə yaxın şagirdi iştirak etmiş və onların nəticələri fənn müəllimləri tərəfindən yoxlanılmışdır. Fənn olimpiadasının məktəb turunda yüksək nəticə göstərmiş şagirdlər növbəti mərhələyə vəsiqə qazanacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi