Müsabiqəyə yekun vurulub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin qalibləri bəlli olub.

Müsabiqədə BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri iştirak edib. 

Müsabiqənin nəticələrinə əsasən, 244 nömrəli tam orta məktəbin şagirdi Nihad Məlikov və 7 nömrəli tam orta məktəbin şagirdi Ülvi Hüseynzadə I, 142 nömrəli tam orta məktəbin şagirdi Aysun Rüstəmova və 290 nömrəli tam orta məktəbin şagirdi Azər Əzizov II, 45 nömrəli tam orta məktəbin şagirdi Nicat Musayev, 180 nömrəli tam orta məktəbin şagirdi Səfa Kərimli və 67 nömrəli tam orta məktəbin şagirdi Samin Hüseynov III yerə layiq görülüblər. Müsabiqədə fərqlənən 12 nömrəli tam orta məktəbin şagirdi Nicat Ağayev və 165 nömrəli tam orta məktəbin şagirdi Valeh Yusibli isə həvəsləndirici yeri tutub. 

Qeyd edək ki, mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, müsabiqə hazırlanmış müvafiq xüsusi proqram təminatı vasitəsilə onlayn qaydada keçirilib. Müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işnin davamlı təşkilinə nail olmaq, Vətən Müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini artırmaq, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi