"21 fevral Beynəlxalq Ana Dili Günü" ilə əlaqədar tədbir keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.18-cı bəndinə əsasən dövlət dilinin təbliği məqsədilə 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirilmişdir. Məktəbin foyesində “Ana dili” guşəsi yaradılmış, guşənin qarşısında V sinif şagirdlərinin iştirakı ilə dil haqqında fikir mübadiləsi keçirildi, şagirdlər tərəfindən ana dili haqqında şeirlər söylənildi.
Keçirilən tədbirdə Beynəlxalq Ana Dili Gününün tarixindən danışılıb, özünəməxsusluğu ilə seçilən Azərbaycan dilinin keçdiyi inkişaf yoluna nəzər yetirilib.
Tədbirdə şagirdlərə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açılıb. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına qayğı ilə yanaşır.
21 fevralın Beynəlxalq Ana Dili günü kimi qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi mərhələləri, rəngarəngliyi və bu dildə yaranmış əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi gələcək nəsillərə ötümək üçün onlarda doğma dilimizə sevgi və hörmət hissini daha da artırmaqdan ibarətdir.