“Narkomaniya və puç olan arzular” adlı “Dəyirmi masa” keçirildi 

“Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”  məktəbin illik fəaliyyət planının 2.3. bəndinə uyğun olaraq   VIII – IX sinif şagirdlərinin iştirakı ilə  “Narkomaniya və puç olan arzular” adlı “Dəyirmi masa” keçirildi. 

Tədbirdə narkomaniyanın dünyanı ağuşuna alan bəla olması, onun insan sağlamlığına vurduğu zərbələr haqqında məlumat verildi. Tədbirin sonunda narkomaniyanın doğurduğu faciələrdən bəhs edən “Bəla” film- tamaşası nümayiş etdirildi, şagirdlərin film – tamaşa haqqındakı fikirləri dinlənildi. Tədbirdə məktəbin müdiriyyəti, məktəbin tibb bacısı Cəfərova Xalidə iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi