“Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” adlı tədbir keçirilmişdir

Məktəbin illik fəaliyyət planının 1.3.6-cı bəndinə əsasən şagirdlərə vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissinin yüksədilməsi məqsədilə 20 Yanvar faciəsinin 30-cu ildönümünün qeyd edilməsi ilə bağlı məktəbdə “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin  VIII və ibtidai  sinif şagirdləri iştirak etmişdirlər. Tədbirdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açılmışdır. Eləcə də 20 Yanvar hadisələrinin nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs olunub.

 Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi