Xalq artisi, rəqqasə Əminə Dilbazinin 100 illik yubileyi ilə əlaqədar “Səhnəmizin turacı” adlı əbədi – bədii tədbir həyata keçirilmişdir

 “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2019/2020-ci tədris ili üçün fəaliyyət Planının 2.1.3 – cü bəndinə uyğun olaraq xalq artisi, rəqqasə Əminə Dilbazinin 100 illik yubileyi ilə əlaqədar “Səhnəmizin turacı” adlı əbədi – bədii tədbir həyata keçirilmişdir. Tədbir VIII – IX sinif şagirdlərinin iştirakı və musiqi müəllimləri Cananova Xatirə və Yusifova Mehribanın rəhbərliyi ilə keçirilmişdir. Tədbirdə Əminə Dilbazinin həyatı və fəaliyyəti haqqında məlumat verilmiş, onun incəsənətimiz qarşısında misilsiz xidmətlərindən söz açılmış, sənədli film nümayiş etdirilmişdir. VIII “B” sinif şagirdləri Baxışlı Milanə və Sadıqlı Sevincin ifasında “Tərəkəmə” və “Turacı” rəqsləri şagirdlər tərəfindən hərarətlə qarşılanmışdır. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak etmişdirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi